İranda daha bir idmançı ÖLDÜRÜLDÜ

24.01.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İranda qanlı etirazlar zamanı Tehranda 19 yaşlı həvəskar boksçu Sepehr İbrahimi İslam Respublikasının repressiv qüvvələri tərəfindən öldürülüb.

Məlumata görə, Sepehr idman zalına getmək üçün evdən çıxıb. Ancaq yol boyu davam edən etiraz aksiyalarına qoşulub. 

Etirazların zorakılıqla dağıdılması zamanı gənc rejimin təhlükəsizlik qüvvələri tərəfindən fiziki zorakılığa məruz qalıb və həyatını itirib.

Ailəsi təxminən bir həftə boyunca ondan xəbər ala bilməyib. Yalnız günlər sonra Sepehr İbrahiminin cəsədini tapmaq mümkün olub.

Hadisə ilə bağlı daha əvvəl sosial mediada paylaşılan video ictimaiyyətdə dərin sarsıntı yaradıb. Kadrlarda Sepehrin atası etirazlar zamanı öldürülənlərin cəsədləri arasında oğlunu axtararkən “Sepehr, əzizim, haradasan?” deyə fəryad edir. (Independent Persian)

https://t.me/AzadIranTelegram/62182

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью