Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan əyalətinin Sib-Suran bölgəsində Məhəmməd Pələngi adlı polis əməkdaşı öldürülüb.
Axar.az xəbər verir ki, bu haqda yerli media məlumat yayıb.
Məlumata görə, naməlum silahlılar polis əməkdaşına atəş açdıqdan sonra hadisə yerindən qaçıblar.
Hələlik hücumun məsuliyyətini heç bir qruplaşma öz üzərinə götürməyib.
Bu, iki gün ərzində Sistan və Bəlucistanda öldürülən ikinci polis əməkdaşıdır.