İranda daha bir zəlzələ oldu

30.05.2025

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranın cənub-şərq hissəsində, Kerman əyalətinin Fariyab rayonunda Rixter şkalası ilə 4.4 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Seysmoloji məlumata görə, zəlzələnin episentri yerin 10 kilometr dərinliyində yerləşib.

Xəsarət alanlar və ya dağıntılar barədə hələlik məlumat verilmir.

Xatırladaq ki, dünən səhər İranın cənubunda 5.2 maqnitudalı zəlzələ qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью