İranda daşqınlar 1 ölü, 2 itkin

12.10.2026

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

İranın Gülüstan əyalətində yağan güclü yağışlar daşqınlara səbəb olub.

525.az xəbər verir ki, bu barədə İran dövlət televiziyasına danışan Gülüstan Böhran İdarəetmə Departamentinin rəhbəri Əbdülqafur Qərəvi bildirib.

O, Gülüstan əyalətində baş verən daşqınlarda bir nəfərin öldüyünü, iki nəfərin isə itkin düşdüyünü söyləyib.

Qərəvi Minudeşt rayonunda 14 kənd yolunun bağlandığını və 19 kəndin elektrik enerjisinin kəsildiyini qeyd edərək, bölgədə axtarış-xilasetmə əməliyyatlarının davam etdiyini vurğulayıb.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью