İranda dəhşət: 50 min insan bu səbəbdən ölüb | Icma.az
Icma.az, Publika.az saytına istinadən bildirir. Ötən il İranda havanın çirklənməsi səbəbindən təxminən 50 min insan ölüb.
Publika.az xəbər verir ki, bu barədə İranın Səhiyyə naziri Məhəmməd Rza Zəfərqandi bildirib.
Onun sözlərinə görə, hava çirkliliyi ötən il ölkəyə 12 milyard dollar civarında iqtisadi ziyan vurub.
Zəfərqandi beynəlxalq standartların hər kubmetr havada 5 mikroqramdan çox hissəciklərin olmasını çirklilik olaraq qəbul etdiyini vurğulayıb: “Biz bunu 12 mikroqram olaraq təyin edirik.
Hətta öz meyarlarımıza görə, şəhərlərimiz ildə orta hesabla 247 gün çirkli hava ilə nəfəs alır.
Bu müddət paytaxt Tehran üçün 353 günə qədər uzanır”. Roza Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu