İranda DƏHŞƏTLİ PARTLAYIŞ Ardınca zəlzələ oldu (FOTO, VİDEO) KONKRET

04.05.2025

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

İranda elektrik stansiyasında güclü partlayış baş verib.

İranın paytaxtı Tehranın qərbində yerləşən Kərəc şəhərindəki elektrik stansiyasında güclü partlayış baş verib.

KONKRET.az xəbər verir ki, yerli sosial şəbəkə istifadəçiləri partlayışdan dərhal sonra zəlzələ hiss olunduğunu bildiriblər. İlkin məlumatlara görə, zəlzələnin maqnitudası 4.0 bal olub və yerin 8 kilometr dərinliyində qeydə alınıb. Partlayışın səbəbləri və zəlzələ ilə əlaqəsi araşdırılır.

Xatırladaq ki, bu, son vaxtlar İranda baş verən ilk partlayış deyil. Aprelin 26-da İranın cənubundakı Bəndər-Abbas şəhərində yerləşən Şəhid Rəcai limanında baş vermiş güclü partlayış nəticəsində rəsmi məlumatlara görə, azı 70 nəfər ölüb, 1,200-dən çox insan isə yaralanıb. Partlayışa səbəb kimi təhlükəli kimyəvi maddələrin düzgün saxlanılmaması göstərilir.

https://konkret.az/cloud/uploads/2025/05/video_2025-05-04_00-07-42.mp4

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью