İranda DƏHŞƏTLİ QƏZA 22 nəfər öldü, 36 nəfər yaralandı

20.07.2025

Sfera.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində 22 nəfər həlak olub.

Sfera az xəbər verir ki, bu barədə əyalətin təcili yardım xidmətinin rəhbəri Məsud Abed ILNA-ya bildirib .

Qəza Firuzabad və Kevər şəhərləri arasındakı avtomobil yolunda baş verib .

"Təəssüf ki, bu faciəli hadisədə avtobusda olan 58 sərnişindən 22 nəfər ölüb, 36 nəfər yaralanıb", - Abeda bildirib.

O, bəzi sərnişinlərin vəziyyətinin ağır olduğunu nəzərə alaraq ölənlərin sayının arta biləcəyini etiraf edib. (Publika.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью