İranda dəhşətli qəza: 8 nəfər öldü

03.02.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın Mərkəzi əyalətinin Savə magistralında “Pejo 405” və “Tiba” markalı iki avtomobil toqquşub.

Axar.az xəbər verir ki, bu barədə Tehran əyalətinin Təcili Yardım Mərkəzinin sözçüsü Şərvin Təbrizi bildirib.

Məlumata görə, baş verən qəzada iki avtomobildə olan 8 nəfərin hamısı həyatını itirib.

Bildirilib ki, qəzaya səbəb yüksək sürət olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью