İranda denge qızdırmasına yoluxanların sayı artıb

26.01.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Son aylarda İranda 1094-dən çox denge qızdırması halı aşkarlanıb.

Oxu.Az bildirir ki, "Azad İran" "Telegram" kanalı bu barədə İran Səhiyyə Nazirliyinə istinadla məlumat yayıb.

Qeyd edilib ki, yoluxanlardan 883 nəfərin başqa bir ölkəyə səfəri olmayıb.

Ən çox yoluxma halı Sistan və Bəlucistan əyalətinin Çabahar şəhərində qeydə alınıb. Burada 870 nəfər xəstəliyə yoluxub. Daha 13 hadisə isə Hormozqan əyaləti ilə bağlıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью