Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində cümə imamı Mövləvi Yusif Gərgicin silahlı şəxslər tərəfindən öldürülməsi anının görüntüləri yayılıb.
Axar.az xəbər verir ki, bu barədə SEPAH-a bağlı media qurumları məlumat yayıb.
Kadrlarda ağ rəngli avtomobildə olan silahlı şəxslərin Gərgicə yaxınlaşaraq ona atəş açdığı görünür.
Məlumata görə, Gərgic İran hakimiyyətinə yaxınlığı və hökumət siyasətini dəstəkləməsi ilə tanınırdı. O, son illərdə müxtəlif dövlət tədbirlərində İranın mərhum ali dini lideri Əli Xameneini dəstəkləyən şüarlar səsləndirib.