İranda dollar kəskin bahalaşdı

18.12.2024

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İranda dolların məzənnəsi 77 min tümənə yüksələrək tarixi rekordunu qırıb.
Teleqraf.com xəbər verir ki, dolların qiymətindəki yüksək dalğalanmalar səbəbindən valyuta dilerləri valyutaların faktiki qiymətini tablolarında əks etdirmirlər.

Ölkə əhalisi son zamanlar İran, İsrail və ABŞ arasındakı gərginlik səbəbindən dərinləşən iqtisadi böhranla üzləşib.

Paytaxt Tehranda valyutadəyişmə məntəqələri ilə yanaşı, mobil pul dilerlərinə də rast gəlmək mümkündür

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью