İranda dolların məzənnəsi rekord həddə çatdı

29.11.2026

Yenisabah saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranda sərbəst valyuta bazarında ABŞ dollarının məzənnəsi bazar günü ilk dəfə üç milyon rialı ötüb. Ticarət zamanı dolların qiyməti rekord həddə - 3 milyon 47 min riala yüksəlib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İran bazarındakı valyuta məzənnələrini izləyən TGJU saytının məlumatlarında bildirilir.

İran rialı Bakı vaxtı ilə saat 13:10-da tarixi minimuma enib. Daha sonra müəyyən qədər möhkəmlənən milli valyutanın fonunda saat 14:26-ya olan məlumata görə, bir dollar 2.98 milyon rial təşkil edib. Online shopping Azərbaycan

Rəsmi məzənnə isə bir dollar üçün təxminən 1.96 milyon rialdır.

Son bir həftədə sərbəst bazarda dollar 12%, son altı ayda 71%, son bir ildə isə 158% bahalaşıb. 2025-ci il noyabrın 29-da bir dollar təxminən 1,16 milyon rial olub./Oxu.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью