İranda dolların məzənnəsi rekord həddə yüksəldi FOTO

04.10.2026

Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranda ABŞ dollarının açıq bazardakı məzənnəsi yeni tarixi maksimuma yüksəlib.

Moderator.az "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir ki, bir ABŞ dollarının qiyməti 271 min tümənə çatıb.

Beləliklə, İran rialının ABŞ dollarına nisbətdə məzənnəsi tarixi minimuma düşüb. Son günlər sürətlə dəyər itirən rialın ucuzlaşmasının qarşısını almaq məqsədilə İran Mərkəzi Bankı dövlət bankları vasitəsilə bazara 2 milyard dollara qədər vəsait çıxarmağa başlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью