Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranda dollar azad bazarda (qara bazarda) 153,6 min tümən səviyyəsinə qalxaraq tarixi maksimumunu görüb.
Marja xəbər verir ki, İranda azad valyuta bazarını izləyən “pashizi.com” saytının məlumatına görə, azad bazarda dolların satış qiyməti 153 min tümənə (1 milyon 536 min riala) yüksələrək tarixində ən yüksək səviyyəyə çatıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Son dövrlərdə İranın milli valyutasının dəyərdən düşməsi, ABŞ-ın ağır sanksiyaları altında olan ölkədə illik inflyasiyanın 44,6 faizə yüksəlməsi ilə eyni vaxta təsadüf edib.
Rəsmi məlumatlara əsasən, ərzaq məhsullarının qiymətləri illik müqayisədə 89,9 faiz artıb, 2025-ci ilin dekabrı – 2026-cı ilin yanvarı dövründə isə aylıq inflyasiya 7,9 faiz səviyyəsində qeydə alınıb.