İranda dövlət idarələri bağlandı

22.07.2025

Icma.az, Oxu.az saytına istinadən bildirir.

50 dərəcəyə qədər olan həddindən artıq istilər fonunda kəskin su və elektrik çatışmazlığı səbəbindən bu gün (22 iyul) İranda dövlət idarələri və banklar bağlanıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Məlumata görə, anormal istilərlə üst-üstə düşən su və enerji böhranı hakimiyyəti İranın bir sıra əyalətlərində dövlət idarələrini və bankları bağlamağa məcbur edib.

"EtemadOnline" agentliyinin bildirdiyinə görə, bu gün Tehran, Xuzistan, Kirmanşah, Markazi (Mərkəzi), Sistan və Bəlucistan, Hormozqan, İlam, Qum bölgələrində müəssisələr və banklar bağlı olacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью