İranda düşmən media ilə əməkdaşlığa görə beş nəfər saxlanılıb

15.04.2026

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İranın cənubundakı Hörmüzqan əyalətində "düşmən xarici media" ilə əlaqə qurduqları üçün beş nəfər saxlanılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə bölgənin polis idarəsi məlumat yayıb.

"İnternet vasitəsilə kuratorlar və düşmən xarici media ilə əlaqə saxlayan beş xain agent — üç kişi və iki qadın saxlanılıb", — deyə "Fars" agentliyi bəyanatın mətnini sitat gətirib.

Qurum hadisənin təfərrüatları barədə məlumat verməyib.

Məryəm Quliyeva

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью