İranda Əfqanıstan vətəndaşı edam edildi

20.08.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün İranda 2025-ci ilin dekabrında keçirilən etirazların iştirakçısı olan Əfqanıstan vətəndaşı Qaim Hüseyni dar ağacından asılıb.

Axar.az xəbər verir ki, bu barədə İranın Məhkəmə-Ədliyyə Sisteminin mətbu orqanı olan “Mizan Onlayn” məlumat verib.

Agentlik etirazçını “xarici vətəndaş” kimi təqdim edib və “Əlixani Meydanı” cinayət işində ittiham olunduğunu bildirib.

Habelə, ona qarşı “silah gəzdirmək”, “ictimai təhlükəsizliyi pozmaq”, “milli təhlükəsizliyi təhdid etmək” kimi ittihamlar da irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью