İranda elektrik enerjisinə də məhdudiyyət tətbiq ediləcək

23.11.2026

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Əgər mövcud vəziyyət davam edərsə, elektrik enerjisi istehlakına məhdudiyyətlər qoymaq məcburiyyətində qalacağıq.

Axar.az xəbər verir ki, bu haqda İran Elektrik Enerjisinin İstehsalı və Ötürülməsi Şirkəti xəbərdarlıq edib.

“Müharibə şəraiti səbəbindən elektrik stansiyalarının dizel ehtiyatlarının azalması və qışda məişət qaz istehlakının artması, keçən illə müqayisədə qarşıdakı aylarda elektrik stansiyalarının yanacaqla təmin edilməsini daha da çətinləşdirib”, - xəbərdarlıq bəyanatında bildirilib.

Qeyd olunub ki, növbəti dörd ay ərzində istehlakı müəyyən edilmiş normadan xeyli çox olan yaşayış, kommersiya və ofislərin elektrik enerjisi bir neçə həftəlik kəsiləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью