İranda Əli Xamenei ilə vida günlərində 850 məhkum əfv olunacaq

01.07.2026

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İranda ölkənin Ali rəhbəri Əli Xameneinin dəfn mərasimi ilə bağlı elan olunan matəm günlərində 850 nəfər əfv ediləcək. İyulun 3-dən 9-dək keçiriləcək matəm tədbirləri çərçivəsində yalnız yüngül maliyyə cinayətlərinə görə məhkum olunmuş şəxslər azadlığa buraxılacaq.
Bizim.Media xəbər verir ki, bu barədə İran rəsmiləri məlumat yayıb.
Əfv sərəncamı borc öhdəlikləri və ailə münaqişələri ilə bağlı cəza çəkən şəxslərə şamil olunacaq.
Belə ki, azadlığa buraxılacaq şəxslərdən 520-si borc cinayətlərinə, 330-u isə aliment və nikah müqavilələri ilə bağlı məsələlərə görə həbs edilənlərdir.
Qeyd olunub ki, əfv prosesi İran İslam Respublikasının bütün 31 əyalətindəki məhkumları əhatə edəcək.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью