Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
İranda onlarla şəxs terror fəaliyyəti ittihamı ilə saxlanılıb.
“Cebheinfo.az” “IRIB News”-a istinadən xəbər verir ki, İran Kəşfiyyat, İnformasiya və Təhlükəsizlik Nazirliyi (ETTELAAT) ölkədə təhlükəsizlik əməliyyatları çərçivəsində 39 nəfərin saxlanıldığını açıqlayıb.
Məlumata görə, saxlanılan şəxslər ABŞ və İsrailə kəşfiyyat məlumatları ötürən qruplarla əlaqədə olmaqda ittiham olunur. Bildirilib ki, onlardan 27-si Sistan və Bəluçistan əyalətində sabitliyi pozmağa yönəlmiş iki əməliyyat qrupunun üzvü olub.
Axtarışlar zamanı 49 ədəd kustar üsulla hazırlanmış plastik partlayıcı qurğu, iki avtomat silah, 16 tapança, 1 500-dən çox patron və 7 ədəd “Starlink” peyk rabitə terminalı müsadirə edilib.
Bundan əlavə, Tehranda 10 nəfər dövlətə xəyanət ittihamı ilə həbs olunub. İstintaqın versiyasında qeyd olunur ki, bu şəxslər təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi ilə bağlı məlumatları xarici kəşfiyyat şəbəkələrinə ötürüblər.
Yunis Abdullayev
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin