İranda etirazçılar dövlət bayrağını endirdilər

01.01.2026

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

İranda vəziyyət gərginləşir. Ölkənin müxtəlif şəhərlərində insanlar mərkəzi küçələrə çıxaraq hökumətə qarşı şüarlar səsləndirirlər.

Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, polis insanlara atəş açır, təhlükəsizlik qüvvələri ilə sakinlər arasında toqquşmalar yaşanır.

Kuhdəşt şəhərində insanları atəşə tutan hökumət qüvvələrinin avtomobili yerli əhali tərəfindən yararsız hala salınıb.

Həmədanın mərkəzində isə etirazçılar İranın dövlət bayrağını endiriblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью