İranda etirazlar 25 gündür davam edir: ölənlərin sayı 4 519 a çatıb | Icma.az
Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranda iqtisadi problemlər fonunda başlayan etiraz aksiyaları 25-ci gününə daxil olub.
ABŞ mərkəzli İran İnsan Hüquqları Aktivistləri Xəbər Agentliyinin (HRANA) yaydığı məlumata görə, indiyədək aksiyalar zamanı ölənlərin sayı 4 519 nəfərə yüksəlib.
BAKU.WS xəbər verir ki, ölkənin müxtəlif bölgələrində baş verən iğtişaşlar nəticəsində 26 min 314 nəfər saxlanılıb.
Ölənlər arasında 197 təhlükəsizlik əməkdaşının olduğu bildirilir. HRANA-nın əvvəlki hesabatında ölənlərin sayı 4 029 nəfər göstərilmişdi.
Qeyd edək ki, etirazlar 28 dekabr 2025-ci ildə milli valyutanın dəyərdən düşməsi və iqtisadi çətinliklər səbəbilə Tehranda Böyük Bazarda başlayaraq qısa müddətdə digər şəhərlərə yayılıb.
Yanvarın əvvəlində paytaxtda etirazların şiddətlənməsindən sonra hakimiyyət internetə çıxışı məhdudlaşdırıb, son günlərdə isə bağlantının qismən bərpa olunduğu bildirilir.
İran rəsmiləri hələlik ölən və yaralananların ümumi sayı ilə bağlı rəsmi açıqlama verməyiblər.
Tam oxu
Xəbəri oxu