“İranda etirazlar zamanı ölənlərin sayı 20 mini keçə bilər” “Bloomberg”

23.01.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bloomberg” agentliyi İran məsələləri üzrə BMT-nin xüsusi məruzəçisi May Satoyaya istinadən xəbər verir ki, İranda son etiraz aksiyaları zamanı ölənlərin sayı 20 min nəfəri keçə bilər.

Məlumatda bildirilir ki, ölkədən kənarda fəaliyyət göstərən hüquq-müdafiə təşkilatları da yüksək itkilər barədə məlumat yayıb. Xüsusilə ABŞ-də yerləşən müstəqil insan haqları təşkilatı HRANA son etirazlar zamanı azı 5 min nəfərin həlak olduğunu təsdiqlədiyini açıqlayıb.

Qeyd olunur ki, İranda kütləvi etirazlar ötən il dekabrın 28-də ağır iqtisadi vəziyyət, o cümlədən milli valyutanın kəskin dəyər itirməsi fonunda başlayıb. Daha sonra aksiyalar hakimiyyət əleyhinə genişmiqyaslı etirazlara çevrilib.

Məlumata görə, təhlükəsizlik qüvvələri nümayişlərin qarşısını almaq üçün sərt və ölümcül gücdən istifadə edib. Bu isə ölənlərin sayının sürətlə artmasına səbəb olub.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью