Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İran hökuməti ölkə daxilində su və enerji resurslarından səmərəli istifadəni təmin etmək məqsədilə bütün əyalətlər üzrə konkret istehlak modelinin hazırlanması və hədəf göstəricilərinin müəyyənləşdirilməsi barədə qərar qəbul edib.
XQ İRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İranın icraçı vitse-prezidenti Məhəmməd Cəfər Qaimpənah bildirib.
Qaimpənah resursların idarə olunması üzrə təlimatların icrası üçün aidiyyəti qurum və icra orqanlarına konkret vəzifələrin həvalə edilməsinin vacibliyini qeyd edib.
Məlumata əsasən, iyulun 30-da vitse-prezidentin sədrliyi ilə su və enerji istehlakının idarə edilməsi, monitorinqi və optimallaşdırılması üzrə təlimatın, habelə aidiyyəti dövlət qurumlarının Fəaliyyət Planlarının müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.
Qeyd edək ki, son illərdə İranda müşahidə olunan iqlim dəyişikliyi, quraqlıq və infrastruktur problemləri səbəbindən elektrik enerjisi və su təchizatında ciddi çatışmazlıqlar qeydə alınır.