İranda faciə: çox sayda insan öldü

08.04.2025

News24 saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın Semnan əyalətinin Damqan rayonunda kömür mədənində qaz sızması baş verib.

News24.az xəbər verir ki, bu barədə “İRNA” məlumat yayıb.

Məsələ ilə bağlı açıqlama verən ölkənin Daş Kömür Birliyinin katibi Səid Səmədi bildirib ki, hadisə nəticəsində 7 şaxtaçı həyatını itirib. O, sözügedən mədənin Taş Kömür Birliyinə üzv olan mədənlər arasında deyil, kiçik miqyaslı olduğunu qeyd edib:

"Görünür, bu qəzanın səbəbi metan qazı deyil. Belə olsaydı, mədəndə partlayışa səbəb olardı. Bu səbəbdən də mədənçilərin ölməsinə dəm qazı səbəb olub”.

Səmədi mədənin Novruz bayramı ilə əlaqədar bağlandığını və işçilərin işləmək üçün tunelə girərkən təhlükəsizlik qaydalarına əməl etmədiklərini bildirib./Publika.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью