İranda futbol qarşılaşması qanlı davaya çevrildi

27.01.2025

Icma.az bildirir, Missiya.az saytına əsaslanaraq.

İranın futbol çempionatının 17-ci turu çərçivəsində keçirilmiş "Persepolis" - "Traktor" matçında gərgin anlar yaşanıb.


Missiya.Az İran mediasına istinadən xəbər verir ki, qarşılaşma zamanı tribunalarda azarkeşlər arasında dava düşüb.

Hadisə nəticəsində 32 nəfər yaralanaraq müxtəlif bədən xəsarətləri alıb. Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıblar. 

Qeyd edək ki, bu, birinci dəfə deyil ki, adıçəkilən klublar arasında keçirilən oyunlarda azarkeşlər arasında dava düşür. Son qarşılaşmadan sonra Təbriz təmsilçisi “Traktor”un azarkeşləri Azərbaycanla bağlı müxtəlif şüarlar səsləndirərək Tehran küçələrində yürüş keçiriblər. 

Elcan
Missiya.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью