İranda gənc blogerə edam cəzası verildi

13.09.2026

Axar.az saytına istinadən Icma.az xəbər verir.

İranda 33 yaşlı bloger Soda İbrahimi Şəmsabadi edam cəzasına məhkum edilib.

Axar.az xəbər verir ki, bu barədə “İran İnternational” məlumat yayıb.

Məlumata görə, Şəmsabadi ali rəhbəri təhqir etmək və milli təhlükəsizliyə qarşı fəaliyyətlə məşğul olmaqda ittiham olunub.

Bloger həmçinin raket zərbəsinə məruz qalmış ərazinin şəklini çəkməkdə və onu İran xaricində fəaliyyət göstərən farsdilli media orqanına göndərməkdə ittiham olunur.

O, mart ayından bəri həbsdədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью