İranda görünməmiş rejim: ölkə buna da gedir Pezeşkian açıqladı

27.09.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

İran Prezidenti Məsud Pezeşkian dövlət qurumları əməkdaşlarını həftədə azı bir gün şəxsi avtomobillərdən istifadə etməməyə çağırıb.

Turkustan.az xəbər verir ki, Pezeşkian bu barədə Nazirlər Kabinetinin iclasında danışıb.

O, ölkədə qənaət tədbirlərinin artırılmasının vacibliyini vurğulayaraq, bunun istehsal zəncirinin fəaliyyətinə mənfi təsir göstərməməli olduğunu bildirib.

“Çalışaq ki, qənaət etməklə istehsal zəncirinin qırılmasına imkan verməyək”, – İran prezidenti qeyd edib.

Pezeşkian həmçinin Tehran Bələdiyyəsinə dövlət əməkdaşlarının həftədə bir gün işə avtomobilsiz gəlməsini mümkünləşdirəcək şəraitin yaradılması ilə bağlı tapşırıq verib./Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью