İranda güclü zəlzələ oldu

05.12.2024

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

İranın qərbində İraqla sərhəd yaxınlığında 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 841 min nəfər əhalisi olan Əhvaz şəhərindən 99 km şimal-şərqdə yerləşib.

Zəlzələnin hiposentri yerin 10 km dərinliyində olub.

İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью