İranda güclü zəlzələ oldu

05.12.2024

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın Xuzestan əyalətində 5,6 maqnitudalı zəlzələ olub.

"Unikal" Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri 841 min nəfər əhalisi olan Əhvaz şəhərindən 99 km şimal-şərqdə yerləşib. Zəlzələ 10 km dərinlikdə baş verib.

Məlumata görə, zəlzələ Loristan əyalətinin bir qismində də hiss olunub. Tələfat və ya dağıntılar barədə məlumat verilməyib.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью