Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İranın Qərbi Azərbaycan vilayətində 4,5 maqnitudalı zəlzələ olub.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
Hadisə Bakı vaxtı ilə 01:25-də baş verib və zəlzələnin ocağı 7,16 km dərinlikdə yerləşib.
Zəlzələ Naxçıvan Muxtar Respublikasının episentrə yaxın sərhəd rayonlarında 3 bala qədər hiss olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)