İranda güclü zəlzələ oldu Yeni Çağ Media

05.12.2024

Yenicag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İranın Xuzestan əyalətində 5,6 maqnitudalı zəlzələ olub.

Yenicag.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri 841 min nəfər əhalisi olan Əhvaz şəhərindən 99 km şimal-şərqdə yerləşib. Zəlzələ 10 km dərinlikdə baş verib.

Məlumata görə, zəlzələ Loristan əyalətinin bir qismində də hiss olunub. Tələfat və ya dağıntılar barədə məlumat verilməyib.

www.yenicag.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью