İranda güclü zəlzələ oldu Yeni Çağ Media

23.01.2025

Icma.az bildirir, Yenicag portalına istinadən.

Bu gün yerli vaxtla 09:12-də İranın Buşehr əyalətində 4,6 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yerin 18 km dərinliyində meydana gələn zəlzələnin episentri vilayətin Cəm rayonunda olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью