İranda hakimiyyət dəyişikliyi ilə bağlı açıqlama

23.07.2026

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“ABŞ-nin İrana qarşı həyata keçirdiyi əməliyyatların məqsədi heç vaxt bu ölkədə hakimiyyət dəyişikliyi olmayıb. Vaşinqtonun əsas məqsədi İranın nüvə silahına sahib olmasının qarşısını almaqdır”.

Teıeqraf xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“ABŞ İranın nüvəsizləşdirilməsinə çalışır ki, bu ölkə heç vaxt nüvə silahına sahib olmasın”, - o bildirib.

ABŞ-nin İranda hakimiyyət dəyişikliyini hədəfləyib-hədəfləmədiyi barədə suala cavab verən Rubio vurğulayıb:

“Biz heç vaxt məqsədimizin hakimiyyət dəyişikliyi olduğunu deməmişik”.

O əlavə edib ki, ABŞ hərbi qüvvələri əsas diqqəti İranın hərbi potensialının məhv edilməsinə yönəldib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью