Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“İrana hava zərbələrinin davam etdirilməsi ölkədə hakimiyyət dəyişikliyinin qarşısını alacaq”.
Redaktor.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron ABŞ-nin ABC telekanalına verdiyi müsahibədə deyib.
“Düşünürəm ki, İranın nüvə silahına sahib olmamasını təmin etmək hamımız üçün çox vacibdir. Mənim üçün bu, əsas məqsəddir. Həmçinin zənn etmirəm ki, ölkəni bombalamaqla rejim dəyişikliyini həyata keçirmək olar. Mənim üçün bu, ən yaxşı variant deyil, çünki işləmir. Biz son onilliklər ərzində bir neçə dəfə belə səhvlərə yol vermişik”, - Makron bildirib.