İRANDA HAKİMİYYƏT İÇİNDƏN PARÇALANIR... Fars rejiminə son zərbəni türklər vuracaq AzPoliti…
Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Əsəd rejiminin çökməsi ilə İran gözləmədiyi fəlakətlə üzləşib.
Məlum faktdır ki, Tehran rejiminin tabanı fars millətçiliyidir.
Fars rejimi ˝Böyük fars imperatorluğu˝ ideyasını təbliğ edərək, ˝Suriya və Livanı nəzarətə aldıq, iki min il sonra yenə Ağ Dənizə endik˝ tezisləri ilə millətçilərin könlünü oxşayır, ˝Şiə hilalı˝ layihəsinə yüz milyardlarla dollar xərclənməsini əsaslandırmağa çalışırdı.
Olmadı, 45 illik çox bahalı layihə çökdü.Fars rejimi Qarabağda aldığı böyük yenilgidən sonra ˝Böyük fars imperatorluğu˝ layihəsini də batırdı.
Ard-arda baş verən bu fəlakətli fiaskolar fars rejimi üçün təsirsiz ötüşə bilməz.
Məntiqə görə, belə böyük sarsıntı ilə üzləşən rejim ya ciddi və real islahatlara getməli, ya da rejimi daha da sərtləşdirməlidir.
Fars rejimi sərtləşməni seçmiş kimi görünür.Sərtləşməni xalqın “gözünə soxmaq” üçün rejimin xalqla qarşıdurmasının simvoluna çevrilmiş hicab problemi yenidən gündəmə gətirilib.
Parlament hicab örtmə qaydalarını son dərəcə sərtləşdirən qanun qəbul edib, Konstitusiyaya nəzarət edən dini şura qanunu təsdiqləyib.Sərtləşmənin ilk addımları hakimiyyətin müxtəlif qolları arasında toqquşmalara start verir.
Tam oxu
Xəbəri oxu