Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
İranda qadağalara baxmayaraq, gənclər Halloween şənlikləri keçiriblər. Təhlükəsizlik qüvvələri tədbirlərə sərt müdaxilə edərək iştirakçıları dağıdıb.
Axşam.az xəbər verir ki, hakimiyyət bu bayramı “Qərb mədəniyyətinin zərərli təsiri” adlandırıb.
Tehranın İranşəhr küçəsində toplaşan gənclərə polis və SEPAH-a bağlı “Bəsic” qüvvələri müdaxilə edib. Bir neçə nəfərin döyüldüyü və saxlanıldığı bildirilir.
Qəzvin əyalətində Halloween tədbirləri ilə əlaqəli 19 müəssisə möhürlənib. Yəzd və Ərdəhan şəhərlərində də tədbir məkanları bağlanıb, təşkilatçılar polisə çağırılıb.
Rəsmi qurumlar bu addımları ölkənin dini, mədəni və sosial dəyərlərini qorumaq məqsədi ilə izah etsələr də, qoyulan kəskin məhdudiyyətlər yerli mətbuatda və ictimaiyyət arasında narazılıq və tənqidlərə səbəb olub.