Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İranın paytaxtı Tehranda ABŞ-nin və İsrailin təşkil etdiyi birgə hücumda həyatını itirən uşaqlar anılıb.
"Cebheinfo.az" İran mediasına istinadən xəbər verir ki, ABŞ-nin və İsrailin 28 fevral tarixində həyata keçirdiyi hücumda Minabdakı "Şacereh Tayebeh" qızlar məktəbi bombaların hədəfi olub.
Məktəbə qarşı törədilən hücumda 165-i ibtidai sinif şagirdi olmaqla, toplam 170 nəfər həyatını itirib. Paytaxt Tehranın Vəliəsr meydanında həyatını itirənlərin xatirəsini yad etmək məqsədilə yerdə simvolik əşyalar nümayiş etdirilib.
Meydanda düzülən boş məktəb çantaları, rəngli karandaşlar və uşaq ayaqqabıları görənlərin kədərinə səbəb olub.
Anım mərasiminə qatılan paytaxt sakinləri dinc sakinlərin, xüsusilə də azyaşlıların hədəf alınmasına qarşı öz etirazlarını bildiriblər.
Bu hadisə bölgədə humanitar vəziyyətin nə dərəcədə gərgin olduğunu və müharibənin acı nəticələrini bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin