İranda hərbçilər daha bir bəlucu qətlə yetirdilər

21.11.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İranın Hörmüzqan əyalətinin Bəndər-Abbas şəhərindəki hərbi qüvvələr etnik bəlucu qətlə yetiriblər.

Axar.az xəbər verir ki, bu barədə İranda İnsan Haqları Müdafiəçiləri Qrupu məlumat yayıb.

Məlumata görə, hərbçilər avtomobilə atəş açaraq, Mustafa Dehmərde adlı mülki şəxsi öldürüblər. Dehmərdenin qanunsuz yanacaq daşıdığı və hərbi qüvvələrinin dayanma əmrinə tabe olmadığı iddia edilib.

Qeyd edək ki, 2024-cü ildə İranın repressiv qüvvələrinin açdığı atəşlər nəticəsində 122 bəluc həlak olub, 114 nəfər isə yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью