İranda hərbi parad ləğv edildi

17.04.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ordu Günü ilə bağlı aprelin 18-də keçirilməsi planlaşdırılan ənənəvi hərbi parad ləğv edilib.

Axar.az xəbər verir ki, bunu İran ordusunun sözçüsü Məhəmməd Əkrəminiya deyib.

“Bu, mövcud atəşkəsin müharibə şəraitindən çox da fərqlənmədiyinə görə qərara alınıb”, - o bildirib.

Əkrəminiya vurğulayıb ki, bu il parad əvəzinə kazarmalarda mədəni proqramlar keçiriləcək.

Qeyd edək ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. 8 apreldə isə ABŞ və İran arasında 2 həftəlik atəşkəs qüvvəyə minib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью