İranda hərbi təyyarə qəzası Pilot öldü

20.02.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İran Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə qəzaya uğrayıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Həmədan şəhərində baş verib.

Belə ki, "F-4 Phantom" tipli qırıcı təyyarə təlim uçuşu həyata keçirirmiş. Hadisə də bu zaman yaşanıb.

Hadisə nəticəsində pilotlardan biri həlak olub, digəri isə sağ qalıb.

Xilasetmə qüvvələri dərhal hadisə yerinə göndərilib. Qəzanın baş vermə səbəbi araşdırılır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью