İranda hicab qanunu layihəsi qüvvəyə minmədi | Icma.az
Icma.az, Turkstan.az saytına istinadən bildirir. İranda bu günlərdə qüvvəyə minməsi gözlənilən məcburi hicab qanunu layihəsinin Ali Milli Tə
Turkustan.az xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-ya danışan İran Parlament Şurasının üzvü Əli Rza Səlimi müzakirələrə səbəb ol
Bu gün Milli Təhlükəsizlik Ali Şurasının Katibliyi bu qanunun elan prosesinin dayandırılmasını istəyib.
Əvəzində yenidən işlənmiş qanun layihəsinin 2012-ci ildə qəbul ediləcəyi bildirilib".
Dekabrın 13-də İran parlamenti ilə Konstitusiyanın Keşikçilər Şurası arasında bir müddətdir müzakirə edilən “Hicab qanunu” kimi tanınan “Ailəni dəstəkləmək üçün iffət və hicab mədəniyyətinin təbliği” qanununun qüvvəyə minməsi gözlənilirdi.
Ölkədəki islahatçılar qanun layihəsinə reaksiya verərək hökumətin başında duran islahatçı siyasətçi Məsud Pezeşkiyandan sözügedən qanunun qarşısını almağı xahiş ediblər.Mühafizəkar İbrahim Rəisi hökuməti dövründə hazırlanan qanun 72 maddədən ibarətdir, burada hicab qanuna uyğun gəlməyən qadınlara 71 dollardan təxminən 2 min 350 dollara qədər pul cəzası verilməsi gözlənilir.Cəriməni 10 gün ərzində ödəməyənlərə dövlət idarələrində və banklarda xidmət göstərilməyəcək, pasport, nəqliyyat vasitəsi və sürücülük vəsiqəsi ala bilməyəcəklər.
Aytən Yaşar/ Turkustan.az Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu