İranda hicab qarşıdurması: Pezeşkian veto qoydu

17.12.2024

Icma.az, Publika.az portalına istinadən məlumat verir.

İran hökumətində hicab qanunu ilə bağlı qarşıdurma başlayıb.

Publika.az “Bild” nəşrinə istinadən xəbər verir ki, parlamentin qəbul etdiyi yeni qanun qadınların hicab taxması tələbini sərtləşdirir və pozuntu halında ciddi cəzalar təşviq edir.

Lakin İran prezidenti Məsud Pezeşkian bu qanunun yeni sosial iğtişaşlara səbəb ola biləcəyindən ehtiyat edərək veto qoyub.

İranın “Həmşəri” nəşri yazır ki, prezident məsələni İranda əsas qərar qəbul edən orqan olan Ali Milli Təhlükəsizlik Şurasına həvalə edib və bu, qanunun qismən ləğvinə səbəb ola bilər.

Tural

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью