İranda hökumət mollası güllələndi

10.02.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İranın Sistan və Bəlucistan əyalətində daha bir molla güllələnərək öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Məlumata görə, Xaş şəhərinin İftixarabad kəndinin cümə imamı Qulamrza Bizuali fevralın 8-də naməlum şəxlər tərəfindən güllələnib.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan molla fevralın 9-davəfat edib.

İranın rəsmi mediası mollanın "əks-inqilabçı" qüvvələr tərəfindən öldürüldüyünü bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью