İranda iğtişaşlar: Həmədanda hərbi vəziyyət elan olundu

31.12.2025

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

İranın Həmədan vilayətinin Əsədabad şəhərində repressiv qüvvələr insanlara atəş açıb.

Oxu.Az "Azad İran"a istinadən xəbər verir ki, bölgədə hərbi vəziyyət elan olunub.

Məlumata görə, Həmədanın bəzi bölgələrində hökumət qüvvələri səsgücləndiricilərlə vəziyyətin normal olmadığını və hər kəsin mağazaları bağlayaraq evlərinə getməli olduğunu elan ediblər.

Qeyd edək ki, İranda etirazlar ölkə valyutasının kəskin dəyər itirməsi və sosial-iqtisadi vəziyyətin pisləşməsi fonunda baş verir. Bəzi ərazilərdə etirazlar iğtişaşlarla müşayiət olunur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью