Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranda internet 58 gündən çoxdur ki, faktiki olaraq yoxdur.
Yeniavaz.com xəbər verir ki, bu barədə beynəlxalq monitorinq xidməti “NetBlocks” sosial şəbəkə hesabında məlumat yayıb.
“İranda internet blokadası 59-cu günündədir və beynəlxalq rabitə 1392 saata yaxın müddətə dayandırılıb”, - xidmətin açıqlamasında deyilir.
Bloklama ölkə miqyasında ən uzun müddətdir.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Tehran da daxil olmaqla, böyük şəhərlər zərbələrə məruz qalıb.