Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu barədə Bizimyol.info xəbər portalına Azərbaycan İnsan Haqları Təşkilatının prezidenti Nağı Mahmudi məlumat verib. Təşkilat rəhbəri bildirib ki, Vədud Əsədi rejim əleyhinə təbliğat aparmaq, rejimə müxalif qruplaşmalara üzv olmaq və rəhbərliyi təhqir etmək ittihamı ilə ümumilikdə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
“Tahir çox ağır xəstədir və həbsxanadakı həkimlər tövsiyə ediblər ki, Vədud Əsədi həbsxanadan kənarda bir xəstəxanaya yerləşdirilsin. Amma həbsxana rəhbərliyi bu məsələdən yayınırlar”-deyə Nağı Mahmudi qeyd edib.
Azərbaycan İnsan Haqları Təşkilatının prezidenti Nağı Mahmudi bildirib ki, Tahir Nəqəviyə irəli sürülən ittihamlardan biri onun Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlini məhkəmədə müdafiə etməsidir və hər iki məhbus hazırda Tehranın Evin həbsxanasında saxlanılır.
Nağı Mahmudi həmçinin vurğulayıb ki, Tahir Nəqəvi ilk dəfədir həbs edilir, Vədud Əsədi bundan öncə dəfələrlə həbs olunub.
İradə Cəlil, Bizimyol.info