İranda ildırım faciəsi: ölənlər var

03.05.2025

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranın qərbindəki Kirmanşah əyalətində ildırım vurması nəticəsində 2 nəfər ölüb, 4-ü yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə əyalətin fövqəladə halların idarə olunması təşkilatının rəhbəri Əlireza Heydari "Tasnim" agentliyinə müsahibəsində bildirib.

"Rəvansar rayonunun mərkəzi Həsənabad-e Qarax kəndində ildırım vurması nəticəsində iki həmyerlimiz həlak olub, 3 nəfər isə yaralanıb. Bundan başqa, Cavanrud-Rəvansərdə daha bir nəfəri ildırım vurub".

Hadisə yerinə həkimlər cəlb olunub və zərərçəkənlərə lazımi köməklik göstərilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью