İranda indiyədək 200 ə yaxın uşaq həlak olub

06.03.2026

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları nəticəsində 200-ə yaxın uşaq həlak olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondu – UNICEF məlumat yayıb.
Məlumatda bildirilir ki, son hücumlarda  ümumilikdə 192 uşaq həlak olub. Onlardan 181-i İranda, 7-si Livanda, 3-ü İsraildə, 1-i isə Küveytdədir.
UNICEF bəyan edib ki, münaqişələrə uşaqlar səbəb olmasa da, onların ən ağır nəticələrini məhz uşaqlar yaşayır:
“Uşaqlar müharibələrə başlamırlar, lakin bunun üçün qəbuledilməz dərəcədə ağır bədəl ödəyirlər. Yaxın Şərqdə hərbi eskalasiya artıq uşaqlara dağıdıcı təsir göstərib”.
Qeyd edək ki, ABŞ və İsrailin İrana endirdiyi zərbələrin ilk günü ölkənin cənubunda yerləşən Minab şəhərində qızlar məktəbi vurulub. Hadisə nəticəsində ən azı 165 məktəbli qızın həlak olduğu bildirilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью