İranda inflyasiya 1942 ci ildən bəri ən yüksək həddə çatdı

02.06.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

İranda istehlak qiymətləri indeksi may ayında keçən ilin eyni ayı ilə müqayisədə 77,2%-ə çatıb.

“Qafqazinfo” xəbər verir ki, BRİCS ölkələrinin mərkəzi bankının bu statistikasını “Associated Press” (AP) dərc edib.

Bu göstərici aprel ayı ilə müqayisədə 8,5% çox olub. Əczaçılıq məhsulları, taksi qiymətləri, tütün məmulatları, rabitə xidmətləri kimi gündəlik və ümumi istehlak malları seqmentində inflyasiya illik müqayisədə 113,8% artıb.

İranda inflyasiya yalnız 1942-ci ildə yüksək səviyyəyə çatıb. “Bamdad” İqtisadi Araşdırmalar İnstitutunun qeyd etdiyi kimi, hazırkı rəqəmlər İkinci Dünya Müharibəsindən bəri görünməmiş rəqəmlərdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью